1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əfran İsmayılov: "Şimali İrlandiyayada çətin oyun olacaq" - MÜSAHİBƏ
"Qarabağ”ın futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqanın XI turunda "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, milli komandaya dəvət alan yarımmüdafiəçi əvvəlcə qarşılaşma barədə danışıb...
- Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Maraqlı oyun keçdi. Əsas odur ki, qələbə qazandıq. Artıq milli komandanın düşərgəsini yollanacağıq və bundan sonra Şimali İrlandiya ilə oyunu düşünməliyik.
- Əsas rəqibiniz "Qəbələ” ilə xalları bərabərləşdirdiniz...
- "Qəbələ”nin xal itirməsi bizim üçün önəmlidir. Çempion olmaq istəyiriksə, öncə öz oyunumuza fikir verməli, sonra rəqiblərimizin vəziyyətini düşünməliyik. Qarşıda xeyli vacib matç var. Çempionat daha da maraqlı olacaq. Hər bir oyuna ciddi yanaşıb, çempion olmaq istəyirik.
- DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə səfər matçı barədə nə deyə bilərsən?
- Öncəki matçları yaxşı nəticələrlə başa vurduq. Bizi Şimali İrlandiya ilə çətin oyun gözləyir. Millimizin qazandığı uğurlarda baş məşqçi Robert Prosineçikinin böyük rolu var. O, komandada yaxşı ab-hava yaradıb. Əlimizdən gələni edəcəyik ki, ən azı bir xalla dönək. Daha çox uğur qazanmaq istəyiriksə, bütün oyunlara ciddi yanaşmalıyıq.
- Səncə, milli komandaya dəvət almış Dəniz Yılmaz komandaya nə dərəcədə xeyir verəcək?
- Yılmaz çox bacarıqlı futbolçudur. "Bursaspor” kimi komandada 90 dəqiqə meydanda olur. Əsas odur ki, milli komandaya kim gələcəksə, maksimum xeyir versin. Arzu edirəm ki, Şimali İrlandiya səfərindən yaxşı nəticə ilə qayıdaq (Qol.az).