Topaz Premyer Liqasının 2014/2015 mövsümünün açılış oyununda "Xəzər Lənkəran” səfərfə AZAL-ın qonağı olub. Sportnet.az-ın məlumatına görə, 1-1 hesablı heç-heçə ilə başa çatan oyundan sonra, qonaqların baş məşqçisi Oğuz Çetin matç haqda fikirlərini bildirirb:.
"İlk oyun həmişə çətin olur. Bu gün qalib gəlməli idik, təəssüf ki, bunu bacarmadıq. 1 xalla kifayətlənməli olduq. Rəqib azlıqda qaldıqdan sonra daha ağıllı oynamalı idik. 10 nəfərlə qalan rəqibə qarşı göstərdiyimiz oyundan məmnun deyiləm. İkinci oyunda qalib gəlməliyik. Rahid Əmirquliyevi yoxlama oyunlarında sağ müdafiəçi kimi sınamışam, bu mövqedə uğurlu çıxış etdi. Müəyyən zamanlarda yarımmüdafiədə də oynaya bilər. Oyunumuz, ümumilikdə pis deyildi. 70-ci dəqiqəyə kimi yaxşı oynadıq, bunu 90 dəqiqəyə çatdırmalıyıq”.