AFFA-nın İntizam Komitəsi Azərbaycan I Divizionunda çıxış edən MOİK-in futbolçusu Məhəmməd Bədəlbəylini 3 oyunluq cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb XII turda "Qaradağ Lökbatan"la evdə keçirilən oyunun 35-ci dəqiqəsində futbolçunun qeyri-etik jest etməsidir.
Komitə oyunçuya verilmiş cəzanın 2 oyununun şərti cəza kimi tətbiq edilməsini və futbolçuya 6 ay sınaq müddəti verilməsini qərar alıb. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.