
Topaz Premyer Liqasının I turu "Araz-Naxçıvan” üçün əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, əyalət klubu Azərbaycan çempionatının yüksək liqasında ilk dəfə böyükhesablı qələbə qazanıb.
Öz meydanında "Neftçi”ni 3:0 hesabı ilə məğlub edən Naxçıvan klubu güclülər dəstəsində oynadığı 2000/01 və 2001/02 mövsümlərində belə zəfər əldə etməmişdi. Həmin vaxt 42 oyun keçirən "Araz” (Naxçıvan) 11 ağır məğlubiyyət alsa da, özü böyük hesabla qalib gəlməmişdi. 12 ildən sonra adını dəyişib Premyer Liqada çıxış edən "Araz-Naxçıvan” ilkə 43-cü matçında imza atdı.
"Neftçi” isə Premyer Liqa tarixində 7-ci dəfə 3 və ya daha çox top fərqinə üzüldü. Bunadək ölkənin ən titullu klubu 6 dəfə böyük hesaba üzülmüşdü. 7-ci dəfə belə uduzan "ağ-qaralar” 1 dəfə öz meydanında, 6 dəfə səfərdə məğlub olub.
03.07.1992 Xəzər (Sumqayıt) - Neftçi (Bakı) 3:0
20.10.2007 Bakı - Neftçi (Bakı) 5:1
13.05.2011 Qarabağ (Ağdam) - Neftçi (Bakı) 3:0
11.03.2012 Qəbələ - Neftçi (Bakı) 4:1
31.08.2013 Bakı - Neftçi (Bakı) 3:0
28.02.2014 Neftçi (Bakı) - Qarabağ (Ağdam) 1:4
10.08.2014 Araz-Naxçıvan – Neftçi (Bakı) 3:0