Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov "Boavişta"nın heyətində Portuqaliya çempionatında debüt edib.
Sportnet.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi hazırda davam edən "Sportinq"lə matçın 75-ci dəqiqəsində meydana daxil olub. Mahmudov bu yay keçdiyi Porto təmsilçisində debütü üçün 11-ci turadək gözləməli olub. O, yalnız son oyunlarda 18 nəfərlik iştirak ərizəsində yer alırdı.
Qeyd edək ki, Mahmudovun Portuqaliyayadək karyerası Rusiya klublarına bağlı olub. O, 2010-cu ildən başlayan peşəkar karyerasında "Saturn", "Spartak", "Tom" "Krılya Sovetov" və "Mordoviya"da oynayıb. Emin millimizdə hər 2 matçını cari seçmə mərhələdə keçirib.