Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" Türkiyə Super Liqasında bu gün XII turun oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Trabzon təmsilçisi "Gənclərbirliyi"nin qonağı olub.
Ankaradakı matç qolsuz bərabərliklə nəticələnib. Qonaqlar oyunun böyük hissəsini meydanda say üstünlüyü şəraitində keçirsə də, bundan istifadə edə bilməyib. Şeydayev matçda ehtiyatda qalıb.
Qeyd edək ki, "Trabzonspor" 12 oyundan 12 xalla 14-cü pillədə qalır.
-------------------------------------------------------------------------------------
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Trabzonspor"un heyətində yenə əsas heyətdən kənarda qalıb. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı hücumçu "Gənclərbirliyi" ilə az öncə başlayan səfər matçında ehtiyatda qalıb.
Baş məşqçi Ərsun Yanal Şeydayevi 18 nəfərlik iştirak ərizəsinə daxil etdiyindən, gənc forvard debüt şansını saxlayır.
Matçın 33-cü dəqiqəsində "Gənclərbirliyi"nin futbolçusu Uğur Çiftçi birbaşa qırmızı vərəqə aldığından Şeydayevin komandası say üstünlüyünə malikdir.
-----------------------------------------------------------------------------------------------------
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" Türkiyə Super Liqasında bu gün XII turun oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, Trabzon təmsilçisi "Gənclərbirliyi"nin qonağı olacaq.
Ankaradakı matç Bakı vaxtilə saat 17:00-da başlayacaq.
"Trabzonspor" 11 oyundan 11 xal təhlükəli zonada - 14-cü pillədədir. Turnir cədvəlində 10-cu yerdə olan "Gənclərbirliyi"nin 14 xalı olduğunu nəzərə alsaq, Şeydayevin komandası qalib gəlməklə ona çata biləcək.
Qeyd edək ki, Ramil hazırkı klubunda Super Liqada debüt etməyib və yalnız ölkə kubokunda 2 matçda forma geyinib. O, həmin turnirdə olan debütündə qol vurmağı bacarıb.