AZAL-ın baş məşqçisi Tərlan Əhmədov yolunu gözlədikləri afrikalı legioner Sadio Tounkaradan son məlumatı verib.
Sportnet.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis "Sumqayıt"la matçdan sonra keçirilən mətbuat konfransında 24 yaşlı malili hücumçunun transferinin gündəmdən düşmədiyini bildirib: "Yəqin ki, Sadio 3 günə gələcək".
Qeyd edək ki, Tounkara ölkəmizdə bunadək 3 mövsüm "Xəzər Lənkəran"da 100-dən çox oyun keçirib. O, son olaraq Kiprdə çıxış edirdi.








































































