1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Quliyev: "Rəqibi telefonla müəyyənləşdirmirik"
"Sumqayıt”ın prezidenti Kamran Quliyevin Sportnet.az-a müsahibəsi
- Komandanızın autsayderlə oyunda qalib gəlmək şansı çox olsa da, buna nail ola bilmədi...
- Bu, əldən verdiyimiz fürsət idi. Oyunu belə adlandıra bilərəm. Bu fürsət bizə yenə "Kəpəz”i, "Zirə”ni keçməyə, turnir cədvəlində 4-cü yerə qalxmağa və ən azı, yeni il qabağı yüksək əhval-ruhiyyədə olmağa imkan verirdi. Düzdür, hələ çempionatda 1 oyunumuz var. Kubokda isə 1 və ya 3 matçımız var. Komanda bu gün yaxşı oynamadı. Bu, hamının gözü qabağında oldu.
- Kimdən daha çox narazı qaldınız?
- "Neftçi”yə qarşı istək daha çox idi. Ancaq bu oyunu unudub digər matçlara köklənmək lazımdır.
- Kubokla bağlı nə düşünürsünüz? MOİK-lə görüşəcəksiniz...
- Birinci divizion təmsilçisi görünən qədər zəif deyil. MOİK mübariz komandadır. Hər rəqibə gərək hörmətlə yanaşasan. İstəyir Premyer Liqa, istərsə də I Divizion komandası olsun. Son pillədə gedən AZAL və 5-ci yerdə olan "Sumqayıt" arasında, görün, nə mübarizə oldu. Hər şey ola bilər.
- Artıq qış "transfer pəncərəsi” yaxınlaşır. Heyətin gücləndirilməsi, komandanın təlim-məşq toplanışı ilə bağlı hansı planlarınız var?
- Dekabrda baş menecerimizlə baş məşqçimiz transfer məsələsini müzakirə edəcəklər. Kimlər dəvət olunmalıdır, kimlər ayrılmalıdır – bunlar müəyyənləşəcək.
- İndidən heç nə məlum deyil?
- İndi söhbətlər dəqiq deyil. Gözləyək onların müzakirəsini. Bizi maraqlandıran futbolçular var. Ancaq onlardan çoxunun müqavilələri qüvvədədir. Həvəskar futbolçunu dəvət edən deyilik.
- Bəs toplanış harada olacaq?
- Çox güman ki, keçən il olduğu kimi, Antalyaya, qaldığımız həmin məkana üz tutacağıq. Orda çox yaxşı şərait var. Ancaq yoxlama oyunları üçün rəqiblər toplanışa yaxın bilinəcək.
- Tarixlər nə vaxt olacaq?
- 10 - 20 yanvarda. Hansı komandalarla qüvvəmizi sınayacağımız yanvarın əvvəlinədək bilinəcək. Rəqibi telefonla danışıb müəyyənləşdirmirik. Bunu müqavilə ilə həll edirik. Anlaşma rəqibin üzərinə məsuliyyət qoyur. Bu oyunları təşkil edən tərəflə danışırıq ki, hər şey müqavilə şəklində olsun.