1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rəhim Həsənov hansı oyuna düşür, bir "bardak" açır" - MÜSAHİBƏ
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları səfər matçından sonra brifinq keçirib. Təcrübəli futbolçu Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandırıb.
- Oyun necə keçdi?
- Çox gözəl. Matç göz qabağında oldu. Hakim yaxşı olsaydı, qarşılaşma daha da yaxşı olardı. Çünki belə hakimlə nəinki futbolçularımız, Azərbaycan futbolu da qabağa getməz.
- Səncə, bu, hakimin savadsızlığı idi, yoxsa nə?
- Mən Azərbaycan çempionatını idarə edən hakimlər arasında ən potensialsızı kimi Rəhim Həsənovu görürəm. Çünki hansı oyuna düşür, bir "bardak" açır. Bunu içəridə "Qarabağ"ın futbolçuları ilə birgə danışırdıq. Penalti epizodunda hakimin yanında idim. Köməkçisinə deyir: "Əjdaha, top "Qəbələ"nin futbolçusunun harasına dəydi, görmədin?" Belə şey olmaz axı. Həmin vaxt futbolçumuzun ağzı qanayırdı. Görmürsən bunu, top ora dəyib də. Görmədiyin penaltini hara verirsən? Deməli, burda nəsə qərəz var. Baş hakim təmiz 3 xalımızı əlimizdən aldı.
- Oyundan sonra gərginliklə bağlı nə deyə bilərsən?
- Həmin anda anlaşılmazlıq oldu. "Qarabağ"ın futbolçuları bir az artıq-əksik hərəkət etdilər. Udmusan, yaxşı, ancaq belə hərəkətlər lazım deyil. Bu, futbolçuya yaraşmayan hərəkətdir. Onu hansısa tamaşaşı etsəydi, anlamaq olardı. Ancaq futbolçu yox. Onun səviyyəsi elə o qədərdir. Futbolçular arasında yüngül narazılıq ola bilər. Ancaq bütün narazılıqlar baş hakimlliklə bağlı idi. Çox səviyyəsiz hakimlik gördük bu gün. Mən oynadığım vaxtda belə şey görməmişdim. Hakimə sual verin ki, niyə 97 dəqiqə futbol oynayırıq ki?
- Komandanız ikinci qoldan sonra meydandan çıxmaq istəyirdi...
- Mən bilmirəm. Gördüm ki, nəsə hakimlə bağlı narazılıq bildirirdik.
- Növbəti oyuna necə əhval-ruhiyyədə hazırlaşacaqsınız?
- Hazırlaşacağıq, ancaq belə matçdan sonra çətin olacaq. Başqa şey olsaydı, yenə məğlubiyyəti başa düşmək olardı. Ancaq hakimin səhvi üzündən uduzduq. Bunun nəticəsində iki qol buraxmaq komandanı ruhdan saldı. Hər halda, toparlanarıq.
- Bəs məğlubiyyətdən sonra çempionluq şansları nə dərəcədədir?
- Şansımızı itirmirik. "Qarabağ" bizdən 3 xal qabağa keçdi. Bu komanda ilə qarşıda iki oyunumuz var. Mövsümün ikinci yarısı hələ qabaqdadır. Başımızı aşağı salıb öz oyunumuzu göstərəcəyik.
- Rəhim Həsənova sözün varmı?
- Ona nə lazım idisə, meydanda dedim.
Seymur KƏRİMLİ