Braziliyanın güclülər dəstəsində çıxış edən klublar təyyarə qəzası nəticəsində futbolçularını itirən "Şapekoense" klubuna dəstək nümayiş etdirib. Sportnet.az-ın məlumatına görə, bütün komandalar bir il müddətinə heç bir ödəniş olmadan futbolçu icarəyə verə biləcəklərini açıqlayıb.
Üstəlik, klublar yerli futbol federasiyasına da müraciət ünvanlayıb. Müraciətdə "Şapekoense"nin qarşıdakı 3 mövsümdə turnir cədvəlində sonuncu pilləni tutsa belə, aşağı dəstəyə düşməməsi istənilir. San-Paulu təmsilçisi sonuncu pillədə olduğu zaman ondan bir pillə öndə olan komandanın A Seriyasını tərk etməsi təklif olunub.
Qeyd edək ki, "Şapekoense" ölkə çempionatının 9-cü pilləsində qərarlaşıb.