1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bron yerlər və Almeydanın bitən 8 aylıq həsrəti
Azərbaycan Premyer Liqasında cari çempionat yarılanmaq üzrədir. Sportnet.az-ın məlumatına görə, cəmi 1 turdan sonra güclülər dəstəsi təmsilçiləri qış fasiləsinə yollanacaqlar.
Təbii ki, onların hər biri ikinci dövrəni hazırda olduğundan daha yuxarı pillədə bitirmək istəyir və buna çalışır. Ancaq sona 1 tur qalmış çox yerin sahibləri bəllidir. Turnir cədvəlinin zirzəmisində olanlardan AZAL-ın 8-ci, "Neftçi”nin isə 7-ci pillədən yuxarı qalxa bilməyəcəyi dəqiqdir. Çünki "təyyarəçilər” "ağ-qaralar”dan 4, "ağ-qaralar” isə özündən irəlidə olan "Sumqayıt” 5 xal geri qalır. Təbii ki, bu xal fərqini 1 oyuna aradan qaldırmaq mümkün deyil.
"İnter” isə "Zirə" ilə ilk dövrədə evdə olduğu kimi, qələbəni uzatma dəqiqələrində buraxdığı qolla əldən verməklə qış fasiləsinə 3-cü pillədə yollanacağını rəsmiləşdirib. "Bankirlər”in ən yaxın izləyiciləri olan "Kəpəz”, "Zirə” və "Sumqayıt” ondan xeyli geri qalaraq 4-6-cı pillələri bölüşdürürlər. Bu üçlükdən ikisi - "Zirə” ilə "Sumqayıt” son turda öz aralarında oynayacaq. Özü də bu, ilk dövrədəki matçda qalib olan "Sumqayıt"ın meydanında keçirləcək. Samir Abasovun komandasının qələbə qazanacağı halda nəinki "Zirə”ni, elə "Kəpəz”i də keçərək qış fasiləsinə 4-cü pillədə yollanmaq üçün böyük şansı var. Çünki Gəncə təmsilçisi son turda evdə oynasa da, liderlərdən olan "Qəbələ”ni qəbul edəcək və qalib gəlməsi çox çətin məsələdir.
Əlbəttə, ən maraq doğuran məsələ qış çempionunun kim olacağıdır. "Qarabağ” son turda "Qəbələ” üzərinə qazandığı əzmkar qələbə ilə 1-ci pilləyə yüksəlməklə məsələni böyük ölçüdə öz xeyrinə həll etmiş olub. Artıq lider ən yaxın izləyicisini 3 xal qabaqlayır. Deməli, "Qarabağ”a qış çempinu olmaq üçün son turda "İnter”lə ev oyununda uduzmamaq yetərlidir. Ancaq xallar bərabər olarsa, şəxsi oyuna görə "Qəbələ” yenidən 1-ci pillədə olacaq. Əslində, komandalar evdə hərəyə 1 qələbə qazanıb. Sadəcə, topların fərqinə görə "qırmızı-qaralar” üstündür – evdə 2:0, səfərdə 1:2.
"Qarabağ”ın qələbəsində fərqlənməklə əsas pay sahibləri olan legionerləri - cənubi afrikalı hücumçu Dino Ndlovu getdikcə qollarının sayını artırırsa, Riçard Almeyda nəhayət, sükutu pozub. Məsələ ondadır ki, 2012-ci ildən Ağdam klubunun şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi məhsuldar oyunçulardan olsa da, bu mövsüm özünə bənzəmir. Təsadüfi deyil ki, Almeyda cari çempionatda ilk qolunu yalnız indi vurub, özü də penaltidən. Hətta səhvlərinə görə tənqid obyekti olan müdafiəçi Elvin Yunuszadə, "Qarabağ"ın ilk dövrənin gedişində göndərdiyi mərakeşli legioner Əl Hərbi Əl Jadeyui də cari çempionatda qol hesablarını aça biliblər.
Almeyda Premyer Liqada sonuncu dəfə düz 7 ay öncə - elə Azərsun "Arena”da fərqlənmişdi. Bu, martın 30-da "Rəvan”a 5:1 hesabı ilə qalib gəldikləri matç olub. Əslində, Riçard "Qarabağ”ın heyətində cari mövsümə çox uğurlu - dublla başlamış, komnadasının ilk qollarının müəllifi olmuşdu. Ancaq Çempionlar Liqasında Lüksemburqun "Düdelanj” klubuna Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qalib gəldikləri (onda da penaltidən fərqlənmişdi) həmin matçdan sonra legioner "qol orucu"nu poza bilmirdi.
Onu da bildirək ki, Almeyda həmin oyunda aşkar kobud oyuna görə qırmızı vərəqə almaqla və AFFA-nən İntizam Komitəsinin 4 oyunluq cəzasına məruz qalmaqla da yadda qalıb. Bununla da braziliyalıya çempionat bu il üçün başa çatıb. Riçard Premyer Liqaya XVIII turda - 2017-ci ilin fevralın 12-də "Kəpəz"lə səfər matçında qayıda biləcək. Ancaq cəza kuboka şamil olunduğundan, braziliyalı bu turnirdə qarşıdakı oyunlarda çıxış etmək hüququna malikdir. Azərbaycan kubokunun 1/8 və 1/4 final mərhələsinin matçları olmasaydı, Almeyda indidən vətəninə istirahətə yollana bilərdi.