1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Abdullayev: "Onları azarkeş saymıram"
"Aydın məsələdir ki, divizionun səviyyəsi Premyer Liqadan fərqlidir. Buna baxmayaraq "Şərurspor" böyük istəklə meydana çıxmışdı. Bu komanda xoşuma gəldi. Onlara uğurlar arzu edirəm. Bu qələbəyə çox sevinmək lazım deyil".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şərurspor"la keçirilən ev oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
E.Abdullayev stadiona gələn azarkeşlərin futbolçulara ünvanladığı təhqiredici ifadələrə də münasibət bildirib: "90 dəqiqə ərzində bəzi azarkeşlər Arazı söyürdül. Mən onları heç azarkeş də saymıram. Azarkeş komandaya dəstək vermək üçün gəlir. Ola bilər oyunun sonlarında futbolçuda nəsə alınmasın. Amma bu azarkeşlər ilk dəqiqələrdən təhqir edirlər. Araz son saniyəyədək futbolda saxladım. Ona dəstək verirdim. Çalışacağım ki, o gələn dəfədən bu cür hadisələr olmasın. Əsəbləşəndə futbolçuda alınmır. Təzyiq olandan sonra özünü itirir. Özüm futbolçu olmuşam və bunu yaxşı bilirəm".
O, növbəti turdakı rəqiblərindən söz açıb: "Növbəti mərhələdə "Turan Tovuz" - "Zirə" cütünün qalibi ilə qarşılaşacağıq. Kim güclüdürsə, o da qalib gəlsin. Bizim üçün rəqibin fərqi yoxdur".