"Maraqlı oyun oldu. "Neftçi" xalqın komandasıdır. Biz də bu oyuna ciddi hazırlaşmışdıq. Divizion səviyyə baxımından bir az geri qalır. Çalışdıq ki. "Neftçi"nin qarşısında aciz qalmayaq". Sportnet.az-ın məlumatına görə, bunu "Şərurspor" klubunun məşqçisi Fərid Məmmədov deyib.
Köməki məşqçi Azərbaycan Kubokunun 1/4 finalında "Neftçi" ilə keçirilən səfər oyunundan razı qaldığını bildirib: "Futbolçular tam qüvvə ilə döyüşdü. Rəqib bizi ustalıqda bir addım qabaqladı. Kubokda yoluna davam edən komandalara uğurlar arzu edirəm".
F.Məmmədov oyun alqı-satqısında "Şərurspor"un adının hallanmasına da münaibət bildirib: "Biz dəfələrlə AFFA rəsmilərinə, hüquqşünaslara öz etirazımızı bildirmişik Mehdi Rəsulov və Samir Musayevin adı çıxıb. Bunlar hələ gənc olunmalıdır. Biz bu gün turnir cədvəlində birinci pillədən 9 xal geri qalırıq. Hamımız pis oluruq ki, nəyə görə belə olur. Xahiş edirəm ki, bu cür söhbətlərə son qoyulsun. Sübut yoxdursa bu cür söz-söhbətlər nəyə görə olur? Buna nöqtə qoyulması üçün kimdirsə, tapılmalıdır".