Azərbaycan çempionatının birindi divizionda çıxış edən "Şəmkir" klubu keçmiş futbolçusunu qaytarıb. Sportnet.az-ın məlumatına görə, Şəmkirin eyniadlı təmsilçisi uzun illər şərəfini qorumuş müdafiəçisi, artıq məşqçilik edən Mehman Yunusovla anlaşdığını rəsmən açıqlayıb.
48 yaşlı mütəxəssis baş məşqçi Qəhrəman Əliyevin köməkçisi vəzifəsində çalışacaq.
Yunusov heyətində 2 dəfə çempion olduğu "Şəmkir"də məhz Əliyevin rəhbərliyi altında oynayb. Onun son iş yeri "Qəbələ" Futbol Akademiyasında U-15 komandasına baş məşqçi olub. Yunusov "Sumqayıt" klubunda da məşqçi çalışıb.