1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adil Şükürov: "Orada "Fair Play"dən söhbət gedə bilməz" - MÜSAHİBƏ
"Zirə" komandasının baş məşqçisi Adil Şükürovun Sportnet.az-a müsahibəsi
- Kubokda növbəti mərhələyə çətinliklə vəsiqə qazandınız. I Divizionun lideri "Turan Tovuz"a qarşı onun meydanında çıxış etdiyinizdən, bu, gözlənilirdi. Bəs siz hansı mübarizəyə şahid oldunuz?
- Komandamız çox mübariz oyun göstərdi. Matçda üstünlük tam bizim tərəfdə idi. Bəzi epiozlarda rəqibin futbolçularının aqressivliyi görünürdü. Bu da istər-istəməz bizim futbolçulara öz təsirini göstərirdi. Ancaq buna baxmayaraq, 90 dəqiqə döyüşdük. Çoxlu qol epizodundan istifadə edə bilməməyimiz gərginliyi artırırdı. Bu da oyuna mənfi təsirini göstərirdi.
- Qələbə topunu vurduğunuz epizodda "Fair Play" qaydalarını pozmağınız müzakirə obyektinə çevrilib. Həmin epizodda rəqibin futbolçusu yerdə qaldığı halda, hücumu davam etdirdiniz və bu, sonda qolla nəticələndi...
- Orada "Fair Play"dən söhbət gedə bilməz. Çünki bunadək meydan sahiblərinin futbolçuları yerdə qalıb vaxtı uzadırdılar. Bu, bilərəkdən olduğundan, mübarizəni davam etdirirdik. "Turan Tovuz"un futbolçuları əsas onu istəyirdilər ki, vaxtı uzatsınlar. Onlar mübarizəni əlavə vaxta aparmağa çalışırdılar. Ancaq 90 dəqiqəlik mübarizə göstərdi ki, rəqibin heç bir şansı yoxdur.
- Yəni, aşkar güclü idiniz, sadəcə, qələbə topu gec gəldi...
- Bəli. Oyuna görə mərhələ keçən tərəf biz olmalı idik, belə də oldu.
- "Qəbələ" I Divizion təmsilçisi "Zaqatala"nı yalnız oyunsonrası penaltilərdə yenə bildi. Siz necə, buna hazırlaşmışdınız?
- Əlbəttə, biz bunların hamısını göz önünə gətirərək məşq etmişdik, hər şey üzərində işləmişdik. Bununla belə, komandamızın oyunun taleyini elə 90 dəqiqədə həll edəcəyinə inanırdıq və sonda bunu da gördük.
- Yaxşı tanıdığınız rəqiub baş məşqçi Əsgər Abdullayev, yaxud Tovuz klubu tərəfindən həmin qola görə sizə etiraz, yaxud qınaq olmadı?
- Yox. Ümumiyyətlə, belə bir şey olmadı. Sadəcə, oyun ərzində yerli azarkeşlər müəyyən narazılıqlarını bildirdilər. Bu da təbiidir. Tovuz böyük futbol üçün darıxan bir məkandır. Biz oradakı atmosferi görəndən sonra o qədər azarkeş qarşısında oynadığımıza görə çox şad olduq.
- Yeri gəlmişkən, Abdullayev matçdan sonra sizi təbrik etdimi?
- Bəli. Oyundan dərhal sonra meydanın kənarında yaxınlaşaraq özünə yaraşan tərzdə təbrik etdi. Ancaq həmin epizoddan söz salmadı.
- Onun rəhbərliyi altında oynadığınızdan bu, müəllim-tələbə qarşıdurması idi...
- İlk dəfə deyildi ki, Əsgər müəllimin komandasına qarşı mübarizə aparırdıq. Meydanda bütün tələblərə cavab verən bir komanda vardı. "Turan Tovuz"un əzmkarlığı, mübarizliyi adama öz vaxtımızdakı dövrü, Əsgər Abdullayevin bizə verdiyi tapşırıqları xatırlatdı. Əlbətttə, Tovuz təmsilçisi Premyer Liqaya layiq komandadır.
- Qapıda Kamal Bayramovu qoydunuz. O, həm cari mövsümdə meydana çıxmadığından oyun praktikası sarıdan korluq çəkirdi, həm də keçmiş komandasına qarşı oynayırdı. Buna görə tərəddüd etmirdiniz?
- Yox. Sadəcə, əsas qapıçımız Anar Nəzirovun şəxsi planda problemi vardı. Onun əmisi dünyasını dəyişmişdi. Buna görə Nəzirovun oyuna psixoloji cəhətdən tam hazır ola bilməyəcəyini fikirləşərək Kamalı qapıya qoymağı daha məqsədəuyğun saydıq. Ancaq onu düşünmürdük ki, Bayramov Tovuz klubunda oynayıb. Biz hər bir işimizə peşəkar cəhətdən yanaşırıq.
- Kubokdakı növbəti rəqibiniz "Neftçi" "Zirə"yə heç vaxt qalib gəlməyib. Bu amili qarşıdakı sınaq öncəsi psixoloji cəhətdən üstünlük sayırsınızmı?
- Mən elə düşünmürəm. "Neftçi" hansı vəziyyətdə olursa-olsun, elə "Neftçi"dir. Ola bilər ki, bu gün hansısa futbolçuları zəif çıxış edir. Ancaq belə şeylərə heç vaxt göstərici kimi yanaşmamışıq. Bundan sonra da belə olacaq. Komandamız "Neftçi"yə qarşı adına layiq oyun göstərərək mərhələni keçməyə çalışacaq.
- İndiki "Neftçi"ni keçmək şansınız çoxdurmu?
- Düşünmürəm ki, çoxdur. Hazırda Premyer Liqada olan komandaları götürsək, liderləri - "Qarabağ"la "Qəbələ"ni çıxmaq şərtilə qalanları eyni, bərabər gücdə olan komandalardır. Gördüyünüz kimi, AZAL son pillədə olsa da, hər bir rəqibə qarşı mübarizə aparır, döyüşür, "Qəbələ"nin özündən xal almağı bacarıb.
- Premyer Liqada məqsədiniz mükafatçılar sırasına, Avropa Liqasına düşməkdir. Bəs kubokda hədəfiniz nədir?
- Bizim ilk olaraq vəzifəmiz güclü komanda yaratmaqdır. Ən vacibi odur. Əsasən, bu işimizə nail olmağa çalışırıq. Bir-iki ilə komanda formalaşdırmaq asan iş deyil. Kubok avrokuboklara ən qısa yoldur. Məqsədimiz bu məsafəni uğurla qət edib finala çıxmaq və orada da qalib gələrək Avropa Liqasında oynamaqdır.
Mehman SÜLEYMANOV