"Qarabağ"ın Avropa Liqasının qrupundakı son rəqibi olan "Fiorentina" klubu İtaliya A seriyasında növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, florensiyalılar XV turda "Palermo" ilə az öncə yekunlaşan ev matçında çətin qələbə qazanıb - 2:1
Qarşılaşmada hesabı meydan sahibləri açıb. "Fiorentina"nın hücumçusu Federiko Bernarderski 33-cü dəqiqədə penaltidən fərqlənib. Ancaq qonaqlar 49-cü dəqiqədə hesabı bərabərləşdirə bilib. Əzmkarlıq göstərən "Fiorentina"ya qələbəni 90+3-cü dəqiqədə seneqallı hücumçusu, "Qarabağ"da 2 qol vuran Xuma Babakar qazandırıb. Florensiya klubu 14 oyundan sonra 23 xalla turnir cədvəlində 8-ci pillədədir.
Qeyd edək ki, "Qarabağ" Paulo Souzanın komandası ilə dekabrın 8-də saat 20:00-da Tofiq Bəhramov adlına Respublika stadionunda üzləşəcək.