"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun hakim səhvi üzündən 15 xal itirmələri ilə bağlı fikrini mətbuatdan xəbər tutmuşam. Mən bilmirəm, bunu nəyə əsasən deyib. Ancaq bunu etiraf etmək mənim üçün pis olsa da, deməliyəm ki, "Qəbələ" hakim səhvindən xal da qazanıb. Bəs bu, niyə deyilmir?".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Xəzər TV"də "Futbol saatı" proqramında bildirib.
O, AFFA və PFL-in Qəbələ"nin çempionluğunu istəmədikləri ilə bağlı fikirlərin tam əsassız olduğunu söyləyib: "Qəbələ" yaxşı komandadır. Onun "Qarabağ"la ilk dövrədə qalib gəldiyi oyunu da Rəhim Həsənov idarə etmişdi. Kim buna nə dedi ki? "Qəbələ"nin çempion olması, əksinə, ilk növbədə, kütləvilik baxımından yaxşı haldır. Sadəcə, komanda hazırda iki cəhbədə mübarizə apara bilmir. Çünki ehtiyat qüvvəsi "Qarabağ"la müqayisədə görünür, zəifdir. "Qəbələ"nin hazırkı uğurunda baş məşqçidən çox rəhbərliyin rolu var".
Məmmədov "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun həmyerliləri olan hakimlərin idarəçiliyində səhvlərə diqqət yetirməli olduğunu qabardıb: "Keçən il "Apolllon" - "Qəbələ" oyununda Boyko və ya bu mövsüm "Qəbələ" - "Anderlext" matçında Aranovski nə oyunlardan çıxdı? "Qəbələ"nin 2-ci penaltisi olmadığı halda təyin olundu. Hesab edirəm ki, "Qarabağ"la matçda baş verənlərdən "Qəbələ" qazandı. Bu, qarşıdakı fiaskonu sığortalayacaq bir olay oldu ki, sabah deyəcəklər çempionluğa imkan vermədilər".