1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
UEFA AVRO-2020-də Bakıya cüt axtarır
UEFA 2020-ci il Avropa çempionatı (AVRO-2020) ilə bağlı mühüm qərar qəbul edib. Sportnet.az-ın məlumatına görə, qurumun İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilən iclasında ev sahibi olacaq şəhərlərin cütlərə bölünməsi sxemi təsdiqlənib.
Məlum olduğu kimi, növbəti qitə birincliyinin final mərhələsi konkret ölkədə yox, Avropanın 13 şəhərində keçiriləcək. Bunlar arasında Bakı ilə yanaşı, Brüssel, Kopenhagen, London, Münhen, Budapeşt, Dublin, Roma, Amsterdam, Buxarest, Sankt-Peterburq, Qlazqo və Bilbao var.
Şəhərlərin cütlərə bölümündə bir neçə mümkün variant nəzərdən keçiriləcək. Bu zaman idman gücü (final mərhələsinə keçən komandaların hamısı nəzərə alınmaqla), coğrafi yerləşmə (şəhərlər arasında məsafə) və hətta lazım gələrsə, təhlükəsizlik və siyasi məsələlərlə bağlı məhdudiyyətlər nəzərə alınacaq.
UEFA bu kriteriyalara əsalanaraq 5-6 mümkün şəhər cütlərini müəyyənləşdirəcək. Onlardan biri 2017-ci ilin noyabr-dekabrında püşkatma yolu ilə təsdiqlənəcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionu həmin turnirin 4 matçını qəbul edəcək. Bunlardan 3-ü qrup oyunu, 1-i isə 1/4 final qarşılaşması olacaq.