"Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacağı "Zirə” klubu ilə matçın hazırlığını başa vurub. Sportnet.az-ın məlumatına görə, Elxan Abdullayevin komandası "Bayıl Arena”da məşq edib.
Xatırladaq ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə” – "Neftçi” oyunu sabah saat 17:00-da başlanacaq.
	









                 





    
    
    
    
    
    
    
    






















































