Finlandiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, həmin vəzifəyə Markku Kanerva təyin olub.
Bu ölkənin futbol federasiyası 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalandığını rəsmən açıqlayıb.
Kanerva bunadək Finlandiyanın U-21 yığmasında çalışıb, habelə əsas yığmada baş məşqçisinin köməkçisi olub. Həmin baş məşqçi istefaya göndərilən Xans Bakke idi ki, yığma onun rəhbərliyi altında qalib gələ bilməyərək cari seçmə mərhələdə 4 oyuna 1 xal toplayıb.







































































