1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fərhad Vəliyev: "Danışmağın yeri yoxdur" - MÜSAHİBƏ
"Sumqayıt"ın kapitanı Fərhad Vəliyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları matçdan sonra brifinq keçirib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, təcrübəli qapıçı uğursuz keçirdiyi mat haqda fikirlərini bölüşüb.
- "Sumqayıt”ı belə aciz görməmişdik. Komandanın zəif oyunu və 0:6 hesablı məğlubiyyətinin səbəbi nədir?
- Danışmağın, söz deməyin yeri yoxdur. Həm "Qarabağ”ın gücü göz qabağındadır, həm də biz komanda şəklində düzgün oynaya bilmədik. Oyunun əvvəlində ücumda yaxşı oynadıq, hətta hesabı açmaq imkanımız da oldu. Sonra həm yarımmüdafiədə, həm də müdafiədə uşaq səhvləri buraxmağımız nəticəsində qapımızdan toplar buraxdıq.
- Qapınıza təyin edilən penaltilər nə dərəcədə ədalətli idi?
- Epizod özümün qarşısında baş verdi. Top arxadan Rail Məlikovun əlinə dəydi. Hakimin qərarı belə oldu. İkinci penalti isə təmiz idi.
- Hesab açılmayanda "Sumqayıt"ın hücumu zamanı futbolçularınız hakimdən penalti qərarı gözlədi. Komanda yoldaşlarınızla həmin epizodla bağlı söhbətiniz oldumu?
- Epizod məndən uzaqda oldu. Futbolçularımızdan soruşdum. Dedilər ki, arxadan itələmə var idi. Ola bilsin ki, hakim bunu simulyasiya kimi görərək davam qərarı verib. Ümumilikdə, çox zəif oynadıq. Bu matçı unudub "Zirə" ilə qarşıdakı çempionat oyununa hazırlaşmalıyıq.
- Düşünmürüsünüz ki, hakim səhvlərinin həlledici oldu?
- Xeyr, hakimliklə bağlı bir şey yox idi. "Qarabağ" çox güclü komandadır.
- Qeyri-stabil çıxışınız nə ilə bağlıdır? Sənin də qollarda səhvləri oldu...
- Elədir. Mən də səbəbləri axtarıram, təhlil edirəm. Çalışacağıq ki, çatışmazlıqların üzərində işləyərək bu oyunu unudaq.
- Bəlkə bütün diqqətinizi Premyer Liqaya yönəltdiyiniz üçün kubokda belə ağır məğlubiyyətə düçar oldunuz?
- Avrokuboklara ən yaxın yol kubokdan keçdiyini bilirik. Biz də turnirdə irəliləmək istəyirdik. Belə nəticə gözləməsək də, bu, baş verdi.
- Kuboku qazanmağa namizədlər də çoxdur...
- Əlbəttə, buna iddia edən güclü komandalar çoxdur. Biz artıq bütün fikrimizi çempionatda "Zirə" ilə ev oyununa yönəldəcəyik.