UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların AFFA və PFL tərəfindən araşdırılması davam edir. Sportnet.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi danışılmış oyunlarda adları hallananların siyahısında dəyişikliklər edib.
Müvafiq komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən iki şəxs araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır:
Şahdağ (Qusar): Uce Cukunyere
Energetik (Mingəçevir): Ruslan Həmidov
9 nəfər barəsində AFFA-nın İntizam Komitəsinin 22 noyabr tarixli qərarı araşdırma başa çatana qədər qüvvəsində qalıb:
Şahdağ (Qusar): İqrar Səmədov, Rafael Kübərov (İnzibatçı)
Rəvan (Bakı): Elvin Əliyev, Cəmşid Məhərrəmov
Göyəzən (Qazax): Arzuman Vəliyev, Tunar Şahtaxtinski
Energetik (Mingəçevir): Elvin Əlizadə, Kamran Lalayev
Hakim: Anar Niyazov
Əvəzində daha 15 futbolçu barəsində İntizam Komitəsinin 22 noyabr tarixli qərarı qüvvədən düşmüş sayılıb:
Şahdağ (Qusar): Kamran Ağakərimov, Tofiq Şəfiyev, Mahiddin Ağamov, Faik Ağakərimov
Rəvan (Bakı): Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Omid Masumi, Fərid Quliyev,
Bakılı (Bakı): Bəhram Bəhramzadə, Xəzər Qəribov
Göyəzən (Qazax): Orxan Əsgərov
Energetik (Mingəçevir): Orxan Əlibalayev
Şərurspor (Bakı): Mehdi Rəsulov, Samir Musayev
Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.