1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Rikardinyo üçün il bitib, Dabonu isə riskə atmaq istəmirik"
"Qəbələ"nin braziliyalı futbolçusu Rikardinyo üçün il vaxtından əvvəl başa çatıb. Bu haqda Sportnet.az-a məlumat verən klubun həkimi Roman Jolobaylyuk omba nahiyəsində arxa əzələsini dartan təcrübəli müdafiəçinin yaşıl meydana dönüşünün qış fasiləsindən sonra olacağını söyləyib.
Ukraynakı həkimin sözlərinə görə, hələ Avroliqanın qrup mərhələsinin son turunda "Maynts"la səfər matçında xəsarət olan legionerin müalicəsi 14 gün çəkməlidir: "Bu üzdən Rikardinyo qalan 2 matçımızda - çempionatda "Kəpəz"lə, kubokda AZAL-la qarşılaşmada dəqiq oynamayacaq. O, Almaniyadakı matçda zədələnsə də, sonadək meydanda oldu. Bundan sonra futbolçunu müayinə etdik və xəsarət alması dəqiq bilindi. Braziliyalını həmin vaxtdan bu yana, 1 həftədir müalicə edirik. Bu, proses daha 1 həftə olmalıdır ki, həmin vaxtadək oyunlarımız bitəcək. Buna görə də Rikardinyonun bi il oynamaq şansı yoxdur".
32 yaşlı sol cinah müdafiəçisi düşərgədə müalicə olunsa da, vətəninə istirahətə daha tez yollanması istisna olunmur: "Rikardinyonu hələ ki Qəbələdə müalicə edirik. Sonrasına baxarıq. Futbolçunun baş məşqçi ilə söhbəti olacaq. Onun vətəninə yollanması üçün uzunmüddətli uçuşu var".
Jolobaylyuk hələ "Anderlext"lə ev oyununda zədələnən fransalı hücumçu Baqali Dabonun fərdi məşq etdiyini söyləyib. Premyer Liqamızın bombardiri topuq nahiyəsində narahatlıq hiss edir: "Buna görə vəziyyətini daha ağırlaşdırmaq, riskə getmək istəmirik. Düzdür, Dabonun tam hazır olması üçün müəyyən müalicə prosedruları görürük, durumunda müsbət dinamika var. Ancaq qrup çalımalarında iştirak etməyə hələ yaz faiz hazır deyil. Baqali ilə bağlı əvvəlki söhbətimizdə sizə bildirmişdim ki, zədəsi ciddi deyil və onu "Qarabağ"la oyuna hazırlayardıq. Hələ onda bərpa prosesini sürətləndirmək istəyirdik. Baqali bizə deyir ki, özünü rahat hiss etmir, meydanda cəld, sürətlə hərəkət edə bilmir. Buna görə ona anlayışla yanaşır və zərər vurmaq istəmirik".
Ukraynalı həkim gənc futbolçu Tellur Mütəllimovun da zədədən əziyyət çəkdiyini söyləyib: "Onun belində problem var. Bu, qasıq nahiyəsinə, əzələsinə ağrılar verir. Buna görə Telluru məşq prosesindən kənarlaşdırmışıq. O, reabilitasiya üzrə mütəxəssimizlə fərdi çalışır. Ola bilər ki, "Kəpəz"lə oyundan sonra komandanın hazırlığında yer verək. Ancaq Mütəllimovun AZAL-la kubok matçında nə dərəcədə hazır olacağını mənə demək çətindir".
Qeyd edək ki, "Qəbələ" cari çempionatda son oyununu bu gün evdə "Kəpəz"lə keçirək. "Qırmızı-qaralar" bu ilə dekabrın 21-də Azərbaycan Kubokunun 1/4 final mərhələsində AZAL-la səfərdə cavab matçı ilə yekun vuracaq.
Mehman SÜLEYMANOV