"Rəqibi ilk qələbə münasibətilə təbrik edirəm. O ki qaldı oyunumuza, birinci hissəni yaxşı keçirdik. Amma futbolda vurmayan komandaya qol vururlar". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XIV turunda AZAL-la keçirilən oyundan sonra deyib.
Baş məşqçi bunları bildirb: "Çoxlu epizodlardan istifadə edə bilmədik. Yekunda da uduzduq".
Daha sonra E.Abdullayev jurnalistlərin suallarını cavablandırıb.
- Edson Kastilyanın çıxışından razısızmı?
- Onun "Neftçi” ilə 2 illik müqaviləsi var. Üstəlik, 21 yaşı var. Pis futbolçu deyil, qabında nəsə var.
- Tərlan Əhmədovun "Neftçi”yə qarşı xüsusi hazırlaşdığını hiss etdinizmi?
- Mən oyun ərzində ona baxmırdım axı. Bu sualı Tərlan müəllimə versəniz, yaxşı olar.
- AZAL-dakı futbolçular sizdə olsaydı, bu "Neftçi”yə qalib gələ bilərdizmi?
- Bir oyunla nəsə demək olmur. Keçən tur biz "Zirə”yə qalib gəldik. Amma bu o demək deyil ki, biz onlardan güclüyük. Onlardan qat-qat zəifik. Hər şey büdcə ilə bağlı deyil.
- Qarşıdan qış toplanışı gəlir. Planlarınız nədən ibarətdi?
- Ayın 4-dən 21-nə qədər Antalyada olacağıq. Orda 5 oyun keçirəcəyik. İlk görüşümüz ayın 8-də "Sivasspor”a qarşı olacaq. Sonrakı oyunları 12, 16 və 19 dekabra planlaşdırmışıq. 19-da 2 oyun keçirmək istəyirik.