1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Migel Madera: "O oyunla maraqlanmırdıq" - MÜSAHİBƏ
"Qarabağ"ın futbolçusu Migel Madera "İnter"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra brifinq keçirib. İspaniyalı yarımmüdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb...
- Oyundan razı qaldınız?
- Ümumilikdə oyuna nəzər yetirdikdə deyə bilərəm ki, biz 3 xal qazanmağa daha yaxın idik. Düzdür, 1 xal da normaldır. Amma biz qələbəyə layiq oyun sərgilədik.
- Hava şəraiti oyununuza necə təsir etdi?
- Asan olmadı. Çünki topu istədiyimiz sürətlə irəli göndərə bilmirdik. Yəni, top daha sürətlə hərəkət edirdi.
- Mövsümün ilk yarısında məğlub edə bilmədiyiniz yeganə komanda "İnter" oldu. Bunu nə ilə əlaqələndirərdiniz?
- "İnter" həmişə yaxşı müdafiə olunur, rəqib komandaların hücumlarını bağlamağı bacarır. Bu gün isə xallarımız üzərinə birini də əlavə etdik.
- Cəzalı üzündən meydana çıxa bilmədiyiniz Avropa Liqasının qrup mərhələsinin son turunda İtaliya "Fiorentina"sına məğlubiyyət və 1/16 finala çıxa bilməməyiniz əhval-ruhiyyənizə nə dərəcədə təsir göstərdi?
- Hamı kimi mən də istərdim ki, növbəti mərhələyə yüksələk. Təəssüf ki, "Fiorentina" ilə matçda komandama kömək edə bilmədim. Amma nə etməli? Növbəti ili düşünməliyik.
- Meydana çıxdığınız vaxt "Qəbələ"nin qələbə qazandığını bilirdiniz. "İnter"lə görüşdəki heç-heçə əldə etməyinizin Qəbələdəki qarşılaşma ilə əlaqəsi oldu?
- Xeyr, təsir etmədi. Heç o oyunla maraqlanmırdıq. Sadəcə, kimsə mənə dedi ki, "Qəbələ" qalib gəldi. Amma biz öz oyunumuza köklənmişdik.
- "Qəbələ"nin futbolçusu Filip Ozobiç Xorvatiya yığmasına dəvət alıb. Bəs sizin İspaniya millisinə çağırılmağınız realdırmı?
- Uzun illərdir peşəkar futboldayam. Bilirəm ki, İspaniya millisinə dəvət almaq nə qədər çətindir. Bu, İspaniya La Liqasında oynayanlar üçün çətindir, nəinki ölkədən uzaqda forma geyinənlər üçün.