1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Borussiya"nın futbolçusu Azərbaycana gələ bilməyəcək
Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti rəqibi olan Almaniya yığmasının heyətində itki yaranıb. Sportnet.az-ın məlumatına görə, Mönhenqladbaxt "Borussiya"sının yarımmüdaiəçisi Kristof Kramer Bundesliqanın hesabat turunda "Ausburq"a 0:1 hesabı ilə məğlub olduqları səfər matçında ağır zədə alıb. 25 yaşlı futbolçu bu üzdən oyunun 59-cu dəqiqəsində əvəzlənməli olub.
Müayinə Kramerin sol diz nahiyəsində yan əzələ bağlarının qırıldığını göstərib. Onun üzərində cərrahiyyə əməliyyatı olunacaq. Kristofun bir neçə ay yaşıl meydandan kənarda qalacağı, mövsümün sonuna yaxın qayıdacağı gözlənilir.
Azərbaycan - Almaniya matçı 2017-ci ilin martın 26-da keçiriləcək.
Xatırladaq ki, Kramer 12 oyun keçirdiyi millisinin heyətində 2014-cü ildə dünya çempionu olub.