1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Messidən daha bir uğur
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Avropanın "böyük beşliy"inə daxil olan çempionatlarda ən yaxşı bombardirə çevrilib. Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçu La Liqanın XVI turunda "Espanyol"u 4:1 hesabı ilə yendikləri qarşılaşmada fərqləndikdən sonra buna nail olub.
Messi 90-cı dəqiqədə qol vuraraq oyunun nəticəsini müəyyənləşdirib. Bu argentinalının cari ildə 51-ci qolu olub.
Onun komanda yoldaşı uruqvaylı Luis Suares isə 37 qol vurub. Bunlardan 25-i ötən mövsümün ikinci yarısına, 12-si isə cari mövsümə təsadüf edib. Bu isə 2016-cı ildə "Top-5" ölkələrin çempionatlarındakı ən yaxşı nəticədir.
Qeyd edək ki, "Real Madrid"in portuqaliyalı futbolçusu Kriştianu Ronaldunun aktivində 42 qol var.