"Səfərdə "İnter”ə uduzsaq da, rəqib qeydə alınan nəticədən arxayınlaşmamalıdır. Çünki biz qarşıdakı görüşə yaxşı hazırlaşmışıq". Sportet.az-ın məlumatına görə. bu fikirləri "Kəpəz"in kapitanı Tural Axundov klubunun rəsmi saytına açıqlamaısnda bildirib.
Azərbaycan Kubokunun 1/4 final mərhələsində "İnter"lə cavab oyunu öncəsi fikirlərini açıqlayan təcrübəli müdafiəçi səfərdə 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq üüçn mübarizə aparacaqlarını söyləyib: "Gəncədə onlar üçün asan olmayacaq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanıb mərhələ adlayaq. Əlbəttə, bizim son şansımızdır. Buna görə də cavab görüşündən lazımınca istifadə etməliyik. Sona qədər mübarizə aparmaq lazımdır”.