1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Kuboku: "İnter"in rəqibi məlum oldu
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinal cütünün tərkibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "İnter"in finala gedən yolda rəqibi "Qəbələ" olacaq.
Baş məşqçi Roman Qriqorçukun komandası 1/4 finalda AZAL-ı mübarizədən kənarlaşdırıb. "Qırmızı-qaralar" 2:1 hesabı ilə qalib gəldikləri ilk görüşün revanşında da üstün olub - 1:0. Yeganə topu 53-cü dəqiqədə Asif Məmmədov vurub.
Digər yarımfinalda isə "Qarabağ"ın rəqibi "Neftçi" - "Zirə" cütünün qalibi olacaq. Bu komandalar arasında Zirədə keçirilmiş ilk görüşdə flaqman böyük hesabla qalib gəlib - 3:0. Cavab görüşündə isə ilk yarıdan sonra hesab bərabərdir - 1:1.
Qeyd edək ki, yarımfinal oyunları 2017-ci il martın 30-da və aprelin 5-də olacaq.