Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda evdə "Qəbələ”yə uduzan (0:1) AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında görüşün baş hakimi Fariz Yusifovu ittiham edib. Sportnet.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis sabiq FİFA referisi qərəzli olmaqda günahlandırıb.
Oyundan sonra açıqlama verən Yusifov ittihamları qəbul etməyib: "Tərlan Əhmədov çox şey deyə bilər. Çünki o baş məşqçidi. Ancaq siz də kənardan baxdınız. Özünüz qiymət verə bilərsiniz. Baş məşqçidi, əsəbləşir, beyni qızır. Onu da qınamıram. Hamınız gördünüz, uşaqlar, Azərbaycan futbolunda qərəz yoxdur".
Mənbə: apasport.az