1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Mahmudovla Nazarovu cəzalandıran hakim zədələndi
Fransa çempionatının XIX turunda "Lion" - "Anje" matçında məcburi baş hakim dəyişikliyi olub. Sportnet.az-ın məlumatına görə, qarşılaşmanı idarə etməli olan Kleman Türpen oyuna bir neçə saat qalmış zədələnib. Onun yerinə Frank Şnayder baş hakim təyin olunub.
"Lion"un bundan öncəki turda səfərdə "Monako"ya 3:1 hesabı ilə qalib gəldiyi matçda hər iki klubun nümayəndələri arasında söz davası olub. "Monako"nin vitse-prezidenti Vadim Vasilyev "Lion"u hakimlərə təzyiq etməkdə günahlandırıb ki, bir sıra klublar bununla razılaşıb. Buna görə "Lion" - "Anje" matçının baş hakiminin işinə xüsusi diqqət olub.
Qeyd edək ki, 2010-cu ildən FİFA referisi olan 34 yaşlı Kleman Türpen Azərbaycan millisinin son oyununu keçiridyi Şimali İrlandiya yığması ilə səfər matçının baş hakimi olub. O, yığmamızın 0:4 hesabı ilə uduzduğu həmin rəsmi oyunda xaricdə çıxış edən yarımmüdafiəçilərimiz Emin Mahmudovla Dmitri Nazarovu sarı vərəqə ilə cəzalandırıb.