Futbol üzrə Almaniya Bundesliqasının XVI turunda "Bavariya"nın "Leypsiq"i 3:0 hesabı ilə məğlub etdiyi görüşdə qeyri-adi olay baş verib.
Sportnet.az-ın məlumatına görə, Münhen təmsilçisinin yarımmüdafiəçisi Tyaqo Alkantara meydanın kənarında reklam lövhəsində peyda olan Santa-Klausu komanda yoldaşı kimi qəbul edib. Nəticədə o, reklam lövhəsi ilə hərəkət edən Yeni İl simvoluna ötürmə verib. Alkantara bununla Santa-Klausun hücuma qoşulmasını istəyib.