1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Emin Mahmudov ilk qolunu vurdu, "Boavişta" qalib gəldi - YENİLƏNDİ
Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov Portuqaliya çempionatında qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi "Boavişta"nın heyətində bu gün XV turda "Nasional"a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunun 11-ci dəqiqəsində hesabı açıb.
Bu, Mahmudovun ilk dəfə start heyətində meydana çıxdığı matçda reallaşıb. Emin qarşılaşmanın 39-cu dəqiqəsində sarı vərəqə alıb, 62-ci dəqiqədə isə aldığı zədə üzündən məcburi əvəzlənib.
Millimizin qapıçısı Kamran Ağayev bu dəfə də 90 dəqiqə meydanda olub. O da sarı vərə alıb. Bu, matçın 69-cu dəqiqəsində olub.
Qeyd edək ki, "Boavişta" uzun fasilədən sonra qələbə hsrətinə son qoyaraq 17 xalla turnir cədvəlində 9-cu pilləyə yüksəlib.
Portuqaliya çempionatı, XV tur
21:00. "Nasional" - "Boavişta" - 0:2
Qollar: Emin Mahmudov, 11, Renato Santos, 32