1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klublar Komitəsinə yeni sədr seçildi
AFFA Klublar Komitəsinə (KK) sədr seçkisi keçirilib. Sportnet.az-ın məlumatına görə, seçki KK-nın bugünkü iclası çərçivəsində baş tutub.
Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klub rəsmisinin qatıldığı toplantıda Kamran Quliyev yeni sədr seçilib. "Sumqayıt"ın prezidenti komitəyə növbəti bir il müddətinə rəhbərlik edəcək.
K.Quliyev 8 səsdən 7-ni qazanıb. Bir nəfər isə "Qarabağ"ın direktoru Əmrah Çəlikələ səs verib. Çox güman ki, bu, elə yeni prezident olub.
Qeyd edək ki, KK-nın ilk sədri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov olub. Bundan sonra AZAL-ın vitse-pezidenti Fikrət Hüseynov quruma rəhbər seçilib. Göründüyü kimi, Quliyev komitəyə başçılıq edəcək ilk klub prezidenti olub.