"Qəbələ" növbəti mövsümdə də avrokuboklarda doğma məkandan kənarda qalacaq. Sportnet.az-ın məlumatına görə, klubun vitse-prezidenti Fariz Nəcəfov bununla bağlı jurnalistlərə açıqlama verib.
Nəcəfov Qəbələdəki yeni stadionun inşasında son durumun nə yerdə olması ilə sualı belə cavablandırıb: "Çox gözəl sualdır. Kaş, buna müsbət cavab verə bilərdim. Təəssüf ki, işimiz gözləmədiyimiz şəkildə itam sürətlə getmədi. Buna görə də gələn mövsümdə də avrokuboklardakı ev oyunlarımızı Qəbələdə keçirməyimiz gözlənilmir".
İki ildir Avropa Liqasında ev qarşılaşmalarını Bakıda keçirən "qırmızı-qaralar" turnirin 2 matçını Qəbələdə oynayıb. Bunlar 2014-ü ildə debüt matçı olan Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubu (0:2), bundan 1 il sonra mərhələ keçdiyi Tiflis "Dinamo"su ilə görüşlərdir (2:0).