"Neftçi" və "Qəbələ" komandaları arasında keçirilən Azərbaycan Kubokunun final matçı zamanı insident baş verib. Sportnet.az-ın məlumatına görə, 85-ci dəqiqədə flaqmanın baş məşqçisi Böyükağa Hacıyev kapitan Rəşad Sadiqovu əvəzləməyi qərara alıb.
Əvəzlənmə barədə lövhə göstərildiyi vaxt Sadiqovun meydandakı komanda yoldaşları, xüsusən, Erik Ramos Hacıyevə etirazlarını bildiriblər. Onlar kapitanın meydanda qalmasını istəyiblər. Bununla belə, Sadiqov meydanı tərk edib və yerinə Ruslan Qurbanov girib. Amma təcrübəli futbolçu da qərardan etirazını gizlətməyib. O, deyinə-deyinə meydanı tərk edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |