Almaniyanın "Bavariya" klubunun polşalı hücumçusu Robert Levandovski ölkəsində bu ilin ən yaxşı futbolçusu seçilib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı oyunçu böyük səs fərqi ilə qalib olub.
69 xal yığan Levandovskinin ən yaxın izləyicisi "Monako"dan Kamil Qlik olub. O isə cəmi 19 bal toplayıb. İlk üçlüyü PSJ-dən Qjeqoj Krıxovyak qapayıb.
Bununla da Robert 6-cı dəfə Polşada ilin ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Levandovski Mühnen klubunun heyətində cari mövsümdə 24 matça 20 qol vurub, 4 məhsuldar ötürmə edib.