FİFA Bosniya və Herseqovina yığmasının baş məşqçisi Mehmed Bajdareviçi 1 oyunluq diskvalifikasiya edib. 
Sportnet.az-ın məlumatına görə, buna 56 yaşlı mütəxəssisin Yunanıstanla 1:1 hesablı heç-heçə etdikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçında qeyri-idman hərəkəti səbəb olub. İntizam Komitəsinin qərarına əsasən, Bajdareviç növbəti görüşdə - 2017-ci il martın 25-də Cəbəllütariqə qarşı ev matçında texniki zonada yer ala bilməyəcək. O, daha bir oyunluq şərti cəza və 5 min frank (4,65 min dollar) cəriməyə məruz qalıb.
Qeyd edək ki, Bosniya və Herseqovina yığmasına "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də dəvət alır. 









                 





    
    
    
    
    
    
    
    
    






















































