1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" 12 ildən sonra
Azərbaycan kubokunun 1/4 final mərhələsi "Qarabağ"ın məhsuldar çıxışı ilə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi "Sumqayıt"la oyunlarda 11 qol vurub.
Evdə 6:0, səfərdə isə 5:2 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri son 12 mövsümdə ilk dəfə eyni rəqibə 11 top vurub.
Əyalət klubunun son belə uğuru 2004/05 mövsümündə qeydə alınıb. 1/16 final mərhələsinin "Ədliyyə-2" (sonradan "Böyük Vadi” adlanıb) ilə qarşılaşmalarında da "Qarabağ" rəqibini 11 dəfə məyus edib. "Qarabağ" səfərdə 4:1, evdə 7:2 hesablı qələbə qazanıb.
Əyalət təmsilçisinin tarixində mütləq rekord isə 1997/98 mövsümünə təsadüf edib. 19 il əvvəl 1/16 finalın "Naftalan"la görüşlərində "Qarabağ" 14 qol vurub – 12:0, 2:1.