
Hazırda davam edən "Qəbələ" - "Neftçi" matçında azarkeşlər meydana fişəng atıblar. Sportnet.az-ın məlumatına görə, hadisə matçın 104-cü dəqiqəsində baş verib.
"Qəbələ" azarkeşləri əllərində bir neçə fişəng yandırdıqdan sonra qaçış cığırına tullayıblar. Yanan maddələri elektromobillə gələn şəxslər götürərək, aparıblar.
Hadisə ilə əlaqədar "Qəbələ"nin cərimələnəcəyi gözlənilir.