Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Mehmet Ekici komandada ayrılacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə futbolçu rəhbərliklə görüşündə bildirib.
O, mövsüm sonunda başa çatacaq müqaviləsini yeniləməməyə qərar verib.
Futbolçu üçün ilk təklifin "Qalatasaray"dan gələcəyi iddia olunur. Trabzon klubunda ildə 1.4 milyon avro qazanan futbolçu üçün İstanbul klubunun 2 milyon avro ödəməyə hazır olduğu bildirilir.
M.Ekici cari mövsümdə 19 oyun keçirib və 3 qol vurub.
Qeyd edək ki, Mehmet Ekici 2014-cü ildə 1.5 milyon avroya "Trabzonspor"a transfer olunub.