FİFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçısının sayının artırılması ideyasından növbəti dəfə söz salıb.
Sportnet.az-ın məlumatına grə, ali futbol qurumunun başçısı mundialda iştirakçıların 32-dən ən azı 40-dək artırımasını vacib olduğunu bir daha bəyan edib: "Mən indiyədək əminəm ki, dünya çempionatının final mərhələsində 32-dən çox milli komanda çıxış etməlidir. Turnirdə iştirakçıların sayının 40 və ya 48-ə çatdrılması istiqamətində fəaliyyətimizi davam etdiririk. 48 komanda olarsa, format indiki kimi olacaq. Bütün federasiyalar bu ideyanı dəstəkləyir”.
Qeyd edək ki, AFFA 1994-cü ildən FİFA-nın üzvüdür.