1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanda 2016-cı ilin bombardiri
"Qəbələ"nin və Azərbaycan milli komandasının hücumçusu Ruslan Qurbanov futbol tariximizə düşüb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı futbolçu yola saldığımız 2016-cı ildə ölkəmizdə ən çox qol vuran oyunçumuz olub. Qurbanov meydana çıxdığı bütün oyunlarda rəqib qapılarından 19 qol keçirib.
Ruslan vurduğu qolların çoxunu bu ilin ilk yarısını keçirdiyi "Neftçi"də imza atıb. Bu 11 qolun 7-si milli çempionatda, 3-ü ölkə kubokunda, 1-i Avropa Liqasında olub. Qurbanov avqustda keçdiyi "Qəbələ"də 8 dəfə fərqlənib. Bunun 4-ü Premyer Liqada, 1-i Azərbaycan Kubokunda, 2-si Avropa Liqasında olub. Qurbanov daha bir 1 qola isə millimizin heyətində imza atıb. Bu, cari seçmə mərhələnin startında San-Marino yığmasına səfərdə 1:0 hesabı ilə qalib gəldiyinzi matçda qələbə topu olub.
Ruslan bu il 51 oyun keçirib. Bunun 25-i "Neftçi"də, 19-u "Qəbələ"də, 7-i millidə olub. O, 13 sarı vəərqə alıb ki, bunun da çoxu - 7-si "ağ-qaralar"da reallaşıb. Hücumçu 5 dəfə "Qəbələ"nin, 1 dəfə yığmanın heyətində cəzalanıb. Qurbanov bu il qırmızı vərəqə almamaqla nümunəvi futbolçu kimi öyünə bilər.
Xatırladaq ki, Ruslan ötən çempionatda vurduğu 13 olla "Neftçi"nin bombardiri olub. O, həmin mövsümün ən sərrast oyunçusu olan "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintanadan (15 qol) 2 qol geri qalıb. Qurbanov bu il 2 klubumuzda avrokuboklarda qol vuran futbolçu olması və millimizdə qol hesabını açması ilə yadda qalıb.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb