Türkiyənin I liqa təmsilçisi "Samsunspor" klubunun baş məşqçisi Osman Özküylu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin baş tutmayan keçidindən danışıb. Sportnet.az-ın məlumatına görə, türkiyəli mütəxəssis "Trabzonspor"un 21 yaşlı hücumçusunun cari mövsümün sonunadək icarəyə götürmək planının baş tutmasının səbəbini açıqlayıb.
Özköylünün fikrincə, bunda Ramilin gənc, təcrübəsiz olması rol oynasa da, əsas səbəb başqa olub: "Trabzonspor"dan Yusuf Yazıçını çox istədim, ancaq baş məşqçi Ərsun Yanal buraxmadı. Sege Akakpo ilə Ramil Şeydayev bizə təklif edildi, ancaq mən əcnəbi futbolçuları istəmirəm".
Qeyd edək ki, azərbayanlı futbolçular Türkiyənin I liqasında artıq yerli yox, legioner statusu daşıyırlar.