Türkiyənin "Qalatasaray" klubunun almaniyalı futbolçusu Lukas Podolski də karyerasını Çində davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi bunu təsdiqləyib.
Klubun Direktorlar Şurasının üzvü Levent Nazifoğlunun sözlərinə görə, 32 yaşlı hücumçu "Beytsin Qoan"a keçidə çox yaxındır: "Podolskinin keçidi ilə bağlı danışıqlar son mərhələdir. Futbolçu özü bu transferdə maraqlıdır".
Bunadək Lukasa Çinin digər klubu - "Quançjou Everqrand" maraq göstərirdi. Hətta transferə görə 20 milyon avro və hücumçuya illik 9 milyon avro məbləğində məvacib səslənirdi.
Xatırladaq ki, "Qalatasaray"a ötən yay keçərək 3 illik müqavilə imzalayan Podolski ümumilikdə 55 oyunda 23 qol vruub.