"Lokomotiv"in əslən azərbaycanlı olan futbolçusu Aleksandr Səmədov rəsmən əvəzedici heyətə göndərilib. Sportnet.az-ın məlumatına görə, istirahətdən qayıdan təcrübəıli yarımmüdafiəçi klubundan bu haqda rəsmi məktub alıb.
Səmədovun "Spartak"a keçidi ilə bağlı danışıqar Rusiyada yeni illə əlaqədar bayram günləri bitəndən sonra davam etdiriləcək. Bu klubun sahibi Leonid Fedun Aleksandra görə 2 milyon avro təklif edib. "Lokomotiv"in prezidenti İlya Qerkus isə futbolçunu 5 milyon avrodan aşağı buraxmayacaqlarını bəyan edib. Bu da Səmədovun müqaviləsində göstərilən transfer haqqıdır.
"Lokomotiv"uin məbləği 4 milyona endirəcəyi bildirilir. Ancaq həmin 1 milyonun futbolçunun özünün ödəyəcəyi istisna olunur.