1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Təbriz Həsənovdan məğlubiyyət şərhi
"Belə turnirlərdə ilk oyunlar həmişə əsəbi məcrada, psixoloji gərginlik altında keçir. Biz bu gün rəqibimizdən yaxşı oynadığımız halda məğlub olduq". Sportnet.az-ın məlumatına görə, bunu 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçi Təbriz Həsənov FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə Litva yığması ilə keçirilmiş oyundan sonra deyib.
Baş məşqçi bu cür oyunlarda məğlubiyyətin pis təsir etdiyini söyləyib: "Bu cür oyunda uduzmaq pis təsir edir. Amma futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür. Xeyli qol epizodu yaratsaq da, yalnız bir dəfə fərqlənə bildik. İki standart vəziyyətdə isə qol buraxdıq. Çatışmazlıqları təhlil edib qarşıdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Litva yığmasını qələbə münasibətilə təbrik edirəm".
Qeyd edək ki, Azərbaycan ilk görüşdə Litvaya 1:2 hesabı ilə məğlub olub.