1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqovun Prosineçkidən fərqi
FİFA 2016-cı ilin ən yaxşı futbolçusu üçün səsvermənin nəticələrini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, sorğuda milli komandaların kapitanları ilə baş məşqçiləri iştirak ediblər.
Millimizin kapitanı Rəşad Sadıqov ilk üçlükdə müvafiq olaraq Kriştianu Ronaldu, Lionel Messi və Antuan Qrizmannı göstərib. Sonda ardıcıllıq da belə olub.
Sadıqovun "Qarabağ"dakı komanda yoldaşı, Albaniya yığmasının kapitanı Ansi Aqolli də ardıcıllığı bu cür göstərib.
Yığmamızın baş məşqçisi Robert Prosineçki isə 1-ci yerdə Messini göstərib. Xorvatiyalı mütəxəssis 2-ci və 3-cü yerləri Ronaldu ilə Qrizmanna verib.
Ən yaxşı kişi futbolçuya media səsverməsində Azərbaycanın təmsilçisi olmayıb. Ən yaxşı qadın futbolçuya media səsverməsində isə Azərbaycanı Leyla Dəmirova təmsil edib. O, ilk 3-lükdə ardıcıl olaraq, Melani Behringer, Karli Lloyd və Martanı göstərib. Qalib adını Karli Lloyd (ABŞ) əldə edib.
Qeyd edək ki, Ronaldu 34,54 faiz səslə qalib olub. Messi səslərin 26,42 faizini, Qrizmann 7,53 faizini toplayıb.