FİFA Şurası dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayının 32-dən 48-ə çatdırıldığını təsdiqləyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Şuranın İsveçrənin Sürix şəhərindəki iclasında qərar verilib. Yeni format 2026-cı ildən qüvvəyə minəcək.
Qeyd edək ki, Şura üzvləri say artımına yekdilliklə səs veriblər.