1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçki Terimin gözaltısını əlindən alır
Azərbaycanın U-21 yığmasının düşərgəsinə qoşulan Hollandiyanın "Feyenoord" klubunun futbolçusu Ozan Kökcü ilə bağlı qərarı əsas millinin baş məşqçisi Robert Prosineçki verəcək. Sportnet.az-ın "Milliyyət"ə istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis 18 yaşlı futbolçunun oyununu izləmək üçün Türkiyəyə səfər edəcək.
R.Prosineçki bu səbəbdən yanvarın 13-də qardaş ölkəyə yollanacaq. İkili - Türkiyə və Rusiya vətəndaşlığına sahib futbolçunun taleyinə yoxlama görüşlərindən sonra aydınlıq gələcək.
Türkiyə yığmasının baş məşqçisi fatih Terim də adı çəkilən futbolçu ilə maraqlanır. O, da Kökcünü öz yığmalarında görmək istəyir.
Futbolçuların atası Halis Kökçü hər iki övladının ürəyinin Türkiyədən yana olduğunu bildirib: "Uşaqlarımın ürəyi Türkiyədən yanadır. Onların tək arzusu bu formanı şərəflə geyinməkdir. Avropadakı hansı türk uşağından soruşursunuzsa, soruşun. Ən böyük şərəf o formanı daşımaqdır".
Qeyd edək ki, U-21 yığması yanvarın 12-də Almaniyanın "Rot Vays Erfurt", yanvarın 14-də isə Qazaxıstanın "Okjetpes” komandası ilə qarşılaşacaq. Oyunlar, müvafiq olaraq, Bakı vaxtı ilə saat 16:00 və saat 18:00 başlayacaq.